Gülüstan sarayının yanındakı ağaclarla bağlı nazirlikdən - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gülüstan sarayının yanındakı ağaclarla bağlı nazirlikdən - Açıqlama

Xalqın səsi

09 May 2019 15:46 1871


Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.

Bu haqda “Yeni Sabah”a nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib.

O bildirib ki, sözügedən ərazidə elektrik yarımstansiyası tikildiyindən və həmin yerdəki ağaclar tikinti altına düşdüyündən ağacların başqa əraziyə köçürülməsi işləri aparılır: "Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!