Gündə neçə fincan qəhvə içmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Gündə neçə fincan qəhvə içmək olar?

Sağlamlıq

06 İyun 2021 16:53 1281


İsti içkilər arasında qəhvə ən populyar və sevilənidir. Qədərindən artıq içilmədiyi müddətdə sağlamlığımız üçün kifayət qədər faydalıdır.

Yenisabah.az xəbər verir ki, mütəxəsislərin apardığı araşdırmalara görə, gündəlik maksimum 3 fincan qəhvə içmək olar.

Tarixi 800-cü illərə aid olan qəhvə dünyada 50-dən çox ölkədə yetişdirilir. Afrika, Cənubi Amerika və Şərqi Asiya kimi tropik ölkələrdə yetişdirilən coffea arabica, coffea caneford kimi qəhvə ağaclarının toxumlarından əldə edilən qəhvə dünyada ən çox istehlak edilənlər sırasındadır. Marqarita pizza

Tərkibindəki kofein enerjini artırır, yorğunluğu aradan qaldırır. Araşdırmalara görə, gün ərzində 3 fincan qəhvə içmək alzaymer xəstəliyi riskini 60 faizədək azaldır. Maddələr mübadiləsini sürətləndirən bu içki bədəndə yağların parçalanmasına və asidlərinin enerji istehsal etməsini tənzimləyir.

Lakin faydalı tərəfləri ilə yanaşı, qəhvənin də zərərləri var. Qədərindən artıq içildiyi zaman, bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Belə ki, qədərindən artıq içiləndə ürək xəstəlikləri, hipertəzyiq, sümük əriməsi, artan sidik ifrazı,yuxu, gərginlik kimi problemlərə yol açır. Gündəlik kofein dozası 400 mg olaraq təyin edilib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!