Gündüzlər fəal, gecə isə gizli bir dünyada...

saytların hazırlanması

Evə çatdırılma

Gündüzlər fəal, gecə isə gizli bir dünyada...

Maraqlı

09 İyul 2025 09:35 410


2025-ci ilin ikinci yarısına daxil olduğumuz bu dövrdə astroloqlar bürclərlə bağlı sensasion və şokedici proqnozlar açıqlayıb. Qaydalara sadiq, sabit xarakterli bürclərin belə gözlənilməz dəyişikliklərlə üzləşəcəyi bildirilir. Emosional partlayışlar, gizli qalan həqiqətlərin üzə çıxması və şəxsi həyatlarda yaşanacaq kəskin dönüşlər – bu il bürcləri tam fərqli tərəfləri ilə tanıyacağıq.Bu dövrdə bəzi bürclərin sirri ifşa olunacaq, bəziləri isə ikiüzlü davranışları ilə gündəmə gələcək. Hətta bəzi bürclər üçün "ikili həyat" iddiaları da səsləndirilir.

Yenisabah.az sirlərlə üz-üzə qalacaq bürcləri təqdim edir.

Qoç – Bu bürc altında doğulanlar, 2025-ci ilin sonunda həyatlarında şok bir dönüş yaşayacaq. Uzun illər gizli saxladıqları bir həqiqət üzə çıxa bilər! pizza hut

Buğa – Maddiyyata olan düşkünlüyü ilə tanınan Buğalar, bu il puldan çox sevgiyə ehtiyac duyacaq. Onları tərk edən bir keçmiş qayıda bilər.

Əkizlər – İkiüzlülüklə günahlandırılan Əkizlər bu dəfə doğrudan da iki fərqli həyat arasında qalacaq. Hətta ailədən gizli yaşanan paralel bir münasibət gündəmi qarışdıra bilər!

Xərçəng – Həssas və duyğusal görünən Xərçənglər bu il ətrafdakıları manipulyasiya etməyə başlayacaq. "Səssiz qalmaq" taktikası ilə istədiklərini əldə edəcəklər.

Şir – Hər kəsin mərkəzində olmaq istəyən Şirlərin gizli kompleksləri üzə çıxacaq. Maskanın arxasında qırılmış bir eqo olduğu iddia edilir!

Qız – Qüsursuzluq axtarışında olan Qız bürcü sahibləri bu il özləri ilə savaş içində olacaq. Psixoloji gərginlik səbəbindən ətrafdakıları idarə etməyə meyllənəcəklər.

Tərəzi – Tarazlığı ilə seçilən bu bürc nümayəndələri bu dəfə özlərini itirəcək. Ən gözlənilməz addımı atan Tərəzilər ola bilər – bəlkə də illərdir gizli saxlanılan bir evlilik ortaya çıxacaq?!

Əqrəb – Sirr saxlamaq onların işidir, amma bu il Əqrəblərin öz sirrləri ifşa ola bilər. Xüsusilə keçmişdə yaşanan bir xəyanət gün üzünə çıxa bilər.

Oxatan – Sərbəstliyi ilə tanınan Oxatanlar bu il bağlılıqdan qaçmaq əvəzinə, evlilik qərarı verə bilər. Amma bu evlilik sürprizlərlə dolu olacaq!

Oğlaq – Karyera ilə yaşayan Oğlaqlar şəxsi həyatlarında böyük bir itki ilə sarsıla bilər. Bu itki onların prioritetlərini dəyişəcək.

Dolça – Sosial görünən Dolçalar əslində getdikcə daxilə qapanır. İddialara görə bəzi Dolçalar ikili həyat yaşayır – gündüz fəal, gecə isə gizli bir dünyada...

Balıqlar – Romantik Balıqların bu il qaranlıq bir tərəfi üzə çıxacaq. Astrologlara görə bəzi Balıqlar "qurban olmaqdan" çıxıb artıq "ovçuya" çevrilir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!