Günəşdə “qara emissiya” – Təhlükəsi yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Günəşdə “qara emissiya” – Təhlükəsi yoxdur

Maraqlı

25 Yanvar 2025 11:44 364


Günəşdə "qara emissiya" qeydə alınıb. Alimlərin fikrincə, bu fenomen çox nadir və eyni zamanda, estetik cəhətdən çox gözəldir. Tədqiqatçılar onu təxminən 3 saat müşahidə ediblər.

Yenisabah.az xəbər verir ki, Günəşdən atılan isti qara qaz emissiyasının Yerə heç bir təsiri olmayacaq. Bu barədə astronom Vladimir Naumov məlumat verib. O, neytral hidrogenin Günəş işığının qarşısını aldığını və bu fenomenin qara görünməsinə səbəb olduğunu izah edib. Lakin bu maddə fotosferaya geri qayıdır. 

Astronomun fikrincə, bu hadisə insanlar üçün heç bir təhlükə (maqnit qasırğaları və s.) yaratmır: Sezar pizza

O əlavə edib ki, Yerin maqnit sahəsi insanları belə emissiyaların və Günəş fəaliyyətinin digər nəticələrinin təsirindən qoruya bilir. 

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!