“Güney Azərbaycana münasibət rəsmi, əməli addımlarla müşayiət olunmalıdır...”

saytların hazırlanması

Evə çatdırılma

“Güney Azərbaycana münasibət rəsmi, əməli addımlarla müşayiət olunmalıdır...”

Siyasət

26 Noyabr 2022 18:18 1231


“Zənnimcə, bununla da kifayətlənmək olmaz.  Yəni artıq Güney Azərbaycan məsələsinə münasibət əsl mənada dövlət səviyyəsinə qalxmalı və əməli, praktik addımlarla müşayiət olunmalıdır...”

Yenisabah.az xəbər verir ki, bunu Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında Tehran rejimi tərəfindən Güney Azərbaycandakı soydaşlarımızın ən azı öz ana dillərində danşışmaq haqqlarının tapdanması ilə bağlı ciddi açıqlamalarına münasibət bildirərkən ifadə edib.

“Rəsmi Bakı Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının tapdanmasıyla bağlı öz mövqeyini indiyə qədər bildirmirdi. Ancaq Türk Dövlətləri Təşkilatının Səmərqənddəki Zirvə toplantısında Azərbaycan Prezidenti ilk dəfə bu məsələni dilə gətirdi. Həmçinin ADA universitetindəki tədbirdə də İlham Əliyev oradakı soydaşlarımıza dəstəyini daha açıq şəkildə ifadə etdi”.  Toyuqlu pizza

Partiya lideri belə hesab edir ki, Azərbaycan Prezidentinin bu mövzudakı çıxışları Güney Azərbaycanda yaşayan soydaşlarımıza böyük inam verməkdədir...

“Zənnimcə, dövlət başçısı səviyyəsindəki belə çıxışlar Cənubdakı ictimai şüura çox böyük təkan verməkdədir. Bunun nəticəsində İran ərazisindəki soydaşlarımız artıq özlərini arxasız hesab etmirlər.  Amma, zənnimcə, bununla da kifayətlənmək olmaz.  Yəni artıq Güney Azərbaycan məsələsinə münasibət əsl mənada dövlət səviyyəsinə qalxmalı və rəsmi, əməli, praktik addımlarla müşayiət olunmalıdır”-deyə istiqlalçı sabiq deputat vurğulayıb./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!