Bu gün Ərəfa günüdür.
Yenisabah.az xəbər verir ki, Ərəfa günü Zilhiccə ayının 9-cu günüdür. Həcc ibadətinin zirvəsi olan bu gün ibadətlərin qəbul olduğu ən fəzilətli günlərindəndir.
Bu gündə zəvvarlar Ərəfat dağına çıxır. Zəvvarların burada qısa bir müddətdə də olsa dayanması Vəqfa (Ərəfat dağında Ərafa günü, Günəşin çıxışından, Qurban bayramı sabahı günəş batana qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir - red.) adlanır.
Hacıların Ərəfat dağında dua etdiyi bu gün duaların qəbul olunduğu gündür. Ərəfa günündə oruc tutmaq ən böyük savablar qazandıran ibadətin bir növüdür.
Peyğəmbərimiz (ona salam olsun) buyurub: “Ən xeyirli dua-Ərəfa günü edilən duadır”.
Allah edilən ibadətləri qəbul etsin.
İmamət İsmayılova
Telegram kanalımız