Mixeil Saakaşviliyə siyasi məhbus münasibəti göstərilməsi Avropa Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir.
Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezident Mixeil Saakaşvilinin siyasi məhbus olmadığını, cinayətkar olduğunu vurğulayıb.
“Bizim üçün bu əlbəttə ki, son dərəcə qəbuledilməzdir, Mixeil Saakaşvili ən ciddi cinayətlərə görə həbs edilmiş cinayətkardır”, - deyə Kobaxidze bildirib. Marqarita pizza
Qeyd edək ki, bu gün Avropa Parlamentində “Öldürülməsi əmr edilmiş siyaasi məhbuslar: Vladimir Kara-Murza, Mixeil Saakaşvili, Aleksey Qorinov” adlı debat keçiriləcək./APA
Telegram kanalımız