Gürcü deputatın seks videosuna görə  –   19 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Gürcü deputatın seks videosuna görə – 19 nəfər həbs olundu

Rəsmi

25 İyul 2019 06:09 74145


Gürcüstan parlamentinin qadın deputatı Eke Beseliyanın gizli çəkilişlə əldə edilən videogörüntüsünü yayan şəxsin kimliyi bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Qeyd edək ki, bu ilin yanvar ayında Eke Beseliyanın sosial şəbəkədə seks videosu yayılmışdı. Gürcüstan DİN videonun yayılmasından dərhal sonra cinayət işi açmışdı. Nazirlik bildirir ki, istintaq çərçivəsində bu günədək 19 nəfər saxlanılıb, onlar şəxsi məlumatları ələ keçirmə və yaymada ittiham olunur.

DİN ad açıqlamayıb. Amma videonun Ermənistanda bir Gürcüstan vətəndaşı tərəfindən yayımlandığını qeyd edib. D.A adlı şəxsin bu videonu Rusiya vətəndaşı M.D-dan aldığı bildirilib. Hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Gürcüstan vətəndaşı Ermənistanda həbs olunub.  Toyuqlu pizza

Xatırladaq ki, qadın deputatın cinsi əlaqədə olarkən görüntüsü Tiflisdəki mehmanxanalardan birində çəkilib.

Yenisabah.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!