Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər gündəliyində vacib məsələlər yer alır və bütün bunlar müzakirə ediləcək.
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın ictimai telekanalında ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib.
O bildirib ki, Şalva Papuaşvilinin Prezident İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədovla görüşləri planlaşdırılıb. Sezar pizza
Səfir qeyd edib ki, səfər çərçivəsində parlamenlətrarası dostluq qruplarının görüşü də planlaşdırılıb:
“Gündəlikdə vacib məsələlər var və bütün bunlar müzakirə olunacaq və bu səfər bizim səmimi, strateji münasibətlərimizə xüsusi töhfə verəcək”.
Telegram kanalımız