Gürcülər aksiya keçirdilər – Sərhəddə gərginlik

saytların hazırlanması

Evə çatdırılma

Gürcülər aksiya keçirdilər – Sərhəddə gərginlik

Rəsmi

06 May 2019 15:02 4564


Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirir.

 “Exo Kavkaza” portalı yazır ki, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıblar.

Fəalların bildirdiyinə görə onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastır kompleksinə gəliblər. pizza

Monastr kompleksinə aparan cığırların bəzilərində Azərbaycan sərhədçiləri dayanıb, onlar situasiyaya müdaxilə etmirlər, amma vəziyyəti izləyirlər. Perimetr boyu gürcü sərhədçiləri də dayanıb və onlar fəalların hərəkətinə nəzarət edir.

Gürcü KİV-lərinin məlumatına görə ötən gün mayın 5-də də monastır kompleksinin ətrafında bu cür aksiya olub. Toplaşanlar Gürcüstan himnini oxuyublar, Azərbaycan sərhədçiləri aksiyanı izləyib və nəzarətdə saxlayıb. Əraziyə gürcü sərhədçilərin də cəlb olunub.

Aksiyanı "Güc birlikdədir" adlı hərəkat təşkil edib. Hərəkatın rəhbəri David Katsarava bildirib ki, onlar belə aksiyaları müntəzəm olaraq təşkil edəcəklər.

Xatırladaq ki, Keşikçidağ monastır kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiyasına dair danışıqlara hazır olduqlarını bildiriblər.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!