“Gürcüstan və Azərbaycan dost, qardaş və strateji tərəfdaş olan ölkələrdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişafından, həyata keçirilən böyük layihələrdən çox danışmaq olar və bu regional əməkdaşlıq həqiqətən də dünya üçün bir örnəkdir”.
Bu sözləri Yenisabah.az-la söhbətində Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sabiq deputatı Mahir Dərziyev söyləyib.
Keçmiş millət vəkili Fransa silahlarının Gürcüstan vasitəsilə Ermənistana daxil olması məsələsinə münasibət bildirib. Dördpendirli pizza
Xatırladaq ki, Fransanın ACMAT şirkətinə məxsus olan “Bastion” zirehli maşınlarının və silah-sursatın Ermənistana Gürcüstan vasitəsilə göndərilməsi rəsmi Bakı ilə Tbilisi arasında soyuq küləklərin əsməsinə səbəb olub.
M. Dərziyev isə vurğulayıb ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır, eləcə də ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə həmişə qarşılıqlı anlaşma mövcud olmuşdur:
“Amma Gürcüstan həmişə bəyan edib ki, Azərbaycan-Ermənistan münaqişəsində tərəf ola, tərəf tuta bilməz və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Tiflis sülh danışıqlarına ev sahibliyi etməyə və bu danışıqlarda vasitəçiliyə hazır olduğunu dəfələrlə deyib. Yeri gəlmişkən, Gürcüstanın milli təhlükəsizlik konsepsiyası ölkənin ərazi bütövlüyünün ancaq sülh yolu ilə qazanılmasını nəzərdə tutur. Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsi presedentindən sonra bu sosial şəbəkələrin gürcü seqmentində qızğın müzakirələrə səbəb olmuşdur. Ümumiyyətlə, Gürcüstanda ictimai rəy bu illər ərzində birmənalı Azərbaycanın xeyrinə olmuşdur”.
Siyasətçi əlavə edib ki, Gürcüstan yeritdiyi siyasətin nəticəsi olaraq 44 günlük müharibə dövründə öz hava məkanını və quru sərhədlərini Ermənistana hərbi yüklərin daşınması üçün bağladı:
“Bildiyiniz kimi, Ermənistanın Rusiyadan tədarük etdiyi hərbi texnika və silah-sursatı İran üzərindən çatdırılıb. Ümumiyyətlə, Ermənistana və bu ölkədəki Rusiya hərbi bazasına hərbi təyinatlı yüklərin çatdırılması hər bir konkret halda xüsusi icazə əsasında hava yolları ilə həyata keçirilib.
Fransanın “Bastion” zirehli avtomobillərinin Poti limanı üzərindən Ermənistana tranziti faktını limanın yük operatoru “APM Terminals” Poti də təsdiq edib. Şirkətdən bildiriblər ki, Fransadan sanksiyalar tətbiq edilməyən ölkə Ermənistana gedən yükü hökumətin xüsusi göstərişi, yaxud beynəlxalq tənzimləyicinin qoyduğu məhdudiyyətlər olmadan əsassız qəbul etməmək imkanları yoxdur. Hökumətdən heç bir rəsmi açıqlama verilməyib, amma onun məlumatsız olduğunu düşünmək sadəlövhlük olardı”.
Müsahibimizin qənaətinə görə, Gürcüstan hökumətinin bu addımı Ermənistanın israrlı xahişlərindən çox Fransanın təkid və təzyiqləri ilə bağlıdır:
“Fransanın Ermənistan üzərindən oynamış olduğu oyunlar, məqsədləri diqqətli oxucularınıza məlum olduğu üçün bu haqda danışmaq istəmirəm. Gürcüstana gəldikdə ölkənin çox həssas dövrdən keçdiyi bəllidir. Avropa İttifaqının Gürcüstana namizədlik statusu verilməsi üçün tələb olunan şərtləri nə dərəcədə yerinə yetirməsi son dəqiqələrədək həm ölkə müxalifətinin, həm də Avropa və Amerikadakı bədxahların qızğın müzakirə mövzusu idi. Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib. Aİ-nin yekun qərarının qəbul edilməsində Fransa kimi nüfuzlu üzvünün rəyi həlledici ola bilər. Bu xırda epizodun Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirəcəyinə inanmıram. Azərbaycanla Gürcüstanın dostluğu, strateji tərəfdaşlığı çox möhkəm təməllər üzərində qurulub və böyük məqsədlər hədəfləyir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız