Gürcüstan parlamentində əlbəyaxa dava -   Video

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan parlamentində əlbəyaxa dava - Video

Dünya

25 İyun 2019 14:03 1066


Gürcüstan parlamentində hakim “Gürcü Arzusu” və müxalif “Milli Hərəkat”, “Avropalı Gürcüstan” partiyalarının deputatları arasında qarşıdurma yaşanıb.

Müxalif deputatlar birinci vitse-spiker Tamara Çuqoşvilidən aksiya iştirakçılarının tələblərini, o cümlədən, Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını müzakirə etməyi tələb ediblər.

Bəyanatdan sonra deputatlar bir-birinin ünvanına kəskin ifadələr səsləndirərək, əlbəyaxa davaya keçiblər. Marqarita pizza

Bundan sonra T.Çuqoşvili texniki fasilə elan edib və müxalif deputatlar etiraz əlaməti olaraq zalı tərk ediblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək, iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!