“Mixeil Saakaşvili dəfələrlə qeyd edib ki, Gürcüstana qayıdıram. Sonuncu bəyanatı səhv etmirəmsə bu mövzuda ya 26, ya da 27-ci bəyanatı idi. Gah atın belində qayıdacağını deyirdi, gah da dənizin altıyla üzərək gələcəyini... Artıq bunu Gürcüstanda ciddi bir bəyanat kimi qəbul etmirdilər. Daha çox məzhəkə kimi qəbul edilirdi bu sözlər”.
Yenisabah.az-a açıqlamasında bunu hakim “Gürcü arzusu” partiyasının sabiq deputatı Mahir Dərziyev bildirib.
O, Saakaşvilinin ölkəyə qayıtması və həbsi barədə fikirlərini bölüşüb: pizza mizza
“Siyasi şərhçilər təbii ki, bu məqamı da qeyd edirdilər ki, Mixeil Saakaşvili məqam axtarır ki, ölkədəki əhval-ruhiyyəni yoxlasın. Bunun üçün kəşfiyat məqsədli bu bəyanatlar verirdi ki, onun gəlişinə xalq necə reaksiya verəcək və s. Onun son bəyanatı da Gürcüstanda birmənalı qarşılanmadı. Böyük əksəriyyət belə hesab edirdi ki, o gəlməyə cürət etməyəcək.”
Sabiq deputatın sözlərinə görə, Saakaşvili Gürcüstanda etdiyi bir neçə cinayət əməlinə görə qiyabi olaraq mühakimə olunur:
“Bundan başqa, digər cinayət əməllərinə görə də araşdırmalar davam edir. Ona görə, dəfələrlə Gürcüstanın dövlət rəhbərləri və hökümət başçıları qeyd etmişdi ki, Saakaşvili Gürcüstana qayıdan kimi, həbs olunacaqdır. Buna görə də, onun gəlişinə o qədər ciddi yanaşılmırdı, amma görünülən odur ki, o qayıtdı. Niyə qayıtdı? Çünki onun siyasətə qayıtmağının yeganə yolu bu idi.”
“O uzun müddət ölkədən kənarda idi və bu proseslərə hər cür müdaxilə etmək istəyirdi, amma bütün seçkilərdə onun rəhbərlik etdiyi partiya müəyyən qədər səs toplaya bilsə də, qalib gələ bilmədi. “Gürcü arzusu” ağırlıqlı bir üstünlüklə 2012-ci ildən sonrakı seçkilərdə qələbə çaldı.” - deyə hakim partiyanın üzvü əlavə edib.
Siyasətçinin fikrincə, M. Saakaşvili öz siyasi kariyerasını qumara qoyub:
“Ya mən qayıtmalıyam, ya da siyasi kariyeramın üstündən artıq xətt çəkiləcək. Buna görə qayıtmağı seçdi. O çox qeyri-adekvat adamdır və ondan hər cür hoqqa gözləmək olar, amma çox ciddi bir şəkildə Saakaşvili gəlişini planlaşdırmışdı. Bilet almışdı və s. amma bildiyiniz kimi, naməlum bir şəkildə dövlət sərhədini keçərək, Gürcüstana gəldi.
Məlum olur ki, Saakaşvilinin bu planları və marşrutları, Gürcüstanın xüsusi xidmət orqanları tərəfindən bilinirdi. Gürcüstan polisi öz yüksək peşəkarlığını bir daha ortaya qoyaraq, Tbilisidə onu həbs etdi və bu gün o, vaxtında özünün tikdirdiyi penitensiar müəssisədədir.”
Rafi Müslümov
Telegram kanalımız