Gürcüstan prezidenti Əliyevi Batumiyə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidenti Əliyevi Batumiyə dəvət etdi

Siyasət

27 Fevral 2019 21:15 798


Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi Batumiyə dəvət edib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zurabişvili Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıda mətbuata bəyanatı zamanı məlumat verib.

“Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Marqarita pizza

Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”, - Gürcüstan prezidenti bildirib. 

O əlavə edib ki, Batumidə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!