Gürcüstan-Rusiya müharibəsi:   15 il əvvəl 5 günlük müharibə nə ilə yadda qaldı?

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan-Rusiya müharibəsi: 15 il əvvəl 5 günlük müharibə nə ilə yadda qaldı?

Siyasət

08 Avqust 2023 12:55 1848


“15 il öncə baş verən Gürcüstan-Rusiya müharibəsinin Qafqazla yanaşı, dünyaya təsirləri də oldu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, 8 avqust 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya qoşun yeritməsi ilə başlayan və 5 gün davam edən Rusiya-Gürcüstan müharibəsindən söz açıb. Pepperoni pizza

Xatırladaq ki, 5 gün davam edən şiddətli döyüşlərdə Gürcüstan tərəfi 169, Rusiya isə 67 hərbçisini itirmişdi.

E. Mirzəbəyli bildirib ki, əslində, bu müharibə Qərb demokratiyasının və siyasətçilərinin gerçək simasını ortaya qoydu:

“Onların Gürcüstana vədlər verilsə də, bu ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində heç bir prinsipial addım atılmadı. Baş verənlər postsovet məkanında münaqişələrlə bağlı yeni bir mənzərənin – daha açıq mübarizənin ortaya çıxmasına zəmin yaratdı. Həmin dövrdə Fransa rəhbərliyinin kifayət qədər aktiv olduğunu, amma bu aktivliyə baxmayaraq, Rusiyanın qapısından qovulduğunu xatırlayırıq.

 Daha bir mənzərə də ortaya çıxdı: dünyada, xüsusilə, qlobal siyasi proseslərdə lider problemi var. Qərb liderləri öz dəyərlərini hər hansı bir formada müdafiə etməyi bacarmır, kiçik dövlətləri öz maraqları naminə rahatlıqla qurban verirlər. Bu prinsipsizlik nəticə etibarilə daha ciddi problemlərin ortalığa çıxmasına zəmin yaradır”.

Siyasi təhlilçi düşünür ki, SSRİ-nin süqutundan sonra Qərb-Rusiya qarşıdurmasında Rusiyanın güc üstünlüyünü nümayiş etdirməsi faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünün müdafiə olunmamasına gətirib çıxardı:

“Yeni reallıqlar peyda oldu və Rusiyanın iştahası daha da artdı. Ukrayna ilə bağlı proseslər də bunun davamı kimi qəbul oluna bilər. Vladimir Putin də bundan sonra Qərb liderləri ilə mübarizə aparmaq üçün real imkanların olduğunu anladı. Rusiyanın Qərbə münasibəti enerji təhdidi ilə başladı.

Həmçinin, bu amil sübuta yetirdi ki, “rəngli inqilablar”ın ortaya çıxardığı siyasətçilər də öz dövlətləri və xalqlarının maraqlarını sona qədər qorumaq iqtidarında deyillər. Hətta Mixeil Saakaşvili ilə bağlı bütün müsbət fikirlərə baxmayaraq, Gürcüstanın həmin zaman kəsiyində qəbul etdiyi səhv qərar həm bu ölkədə siyasi konyunkturanın dəyişməsinə səbəb oldu, həm də postsovet məkanındakı respublikaların maraqlarına ciddi zərbə vurdu. Mən Gürcüstan hadisələrinə daha çox postsovet məkanındakı xalqların və siyasi hakimiyyətlərin nəticə çıxaracağı bir faktor kimi yanaşıram”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!