Gürcüstana yağan yağış Balakəndə fəlakətlər törətdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstana yağan yağış Balakəndə fəlakətlər törətdi - Video

Hadisə

28 Sentyabr 2025 16:46 752


Balakəndə sel və daşqın təhlükəsi yaranıb.

Belə ki, mənbəyini Gürcüstandan götürən İnterçayda suyun səviyyəsi sürətlə artıb.

Nəticədə, çayın bir neçə hissəsində daşqın qeydə alınıb, sel suları Şərif kəndi ərazisinə keçib. Güclü axın kənd təsərrüfatı sahələrinə, həyətyanı torpaqlara və yolların bir hissəsinə ziyan vurub. Çayın sahilboyu ərazilərində təhlükə davam edir. pizza

"Gəldilər, qum tökdülər, ondan sonra heç bir iş görmədilər. İllərdir müvafiq qurumlara müraciət edirik, amma heç kim kömək etmir. Sadəcə qum yığırlar, onu da yağış yuyub aparır", - deyə sakin bildirib.

Qeyd edək ki, İnterçay Balakən rayonundan keçərək təxminən 10 kilometr məsafədə Mazımçaya tökülür.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!