Gürcüstanın Kutaisi şəhərində tikintidə fəhlə işləyən Azərbaycan vətəndaşı 4-cü mərtəbədən yıxılıb.
"Yeni Sabah" xəbər verir ki, sınıq xəsarətləri alan azərbaycanlı xəstəxanaya çatdırılıb və iki dəfə əməliyyat olunub. Hazırda onun vəziyyəti stabildir. “T M” tikinti şirkətinin meneceri Tsotne Barbakadze bütün təhlükəsizlik normalarına əməl olunduğunu, insidentin fəhlənin kəmər bağlamaması səbəbindən baş verdiyini deyib.
Qeyd edək ki, azərbaycanlı Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları üçün tikilən binada bir həftə əvvəl işə başlayıb. /qafqazinfo.az Dördpendirli pizza
Telegram kanalımız