Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə avtoyürüşlər keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə avtoyürüşlər keçirilib

Dünya

03 İyul 2019 13:41 1416


Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə avtoyürüş keçirilib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, “Qaxaria get”, “Rusiya işğalçıdır” şüarı altında keçirilən etiraz yürüşünü müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları və ictimai fəallar təşkil ediblər.

Paytaxtın Birinci Respublika meydanından başlayan avtoyürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər davam edib.

Analoji aksiya Qori, Zuqdidi və Telavi şəhərlərində də keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!