Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə koronavirusa daha 508 yeni yoluxma halı təsdiqlənib, 17 nəfər vəfat edib. Bununla da virusa yoluxanların ümumi sayı 340 838 nəfərə yüksəlib, onların 4 699-u ölüb. Marqarita pizza
Son 24 saat ərzində xəstəlikdən daha 1 481 nəfər sağalıb və sağalanların ümumi sayı 323 409-a çatıb.
Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 1 015 olub.
Telegram kanalımız