Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir

Dünya

21 İyun 2019 16:26 1399


Nümayişçilərin tələb etdiyi kimi, parlamentin spikeri İrakli Kobaxidzenin bugünki istefasına baxmayaraq, vəziyyət gərginləşməkdə davam edir. Minlərlə etirazçı Tbilisinin müxtəlif hissələrində yığışmağa davam edir və yeni mitinq keçirmək niyyətindədirlər. Onlar güc qurumlarının başçılarının istefasını tələb edirlər.

Yeni spiker seçilənə qədər parlamentin sədri vəzifəsini vitse-spiker Tamar Çuqoşvili icra edəcək.

Bu arada, DİN başçısı artıq istefa verməyə hazır olduğunu bildirib. Nümayişçilər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin də istefasını tələb edirlər. pizza sifarişi

Tbilisidə kütləvi etirazlar, daha sonra isə polislə qarşıdurma beynəlxalq tədbirdə iştirak üçün Tbilisiyə gələn rusiyalı deputat Qavrilov Gürcüstan parlamentində görüldükdən sonra başlayıb. Gürcüstan müxalifəti onun Abxaziya separatçılarını dəstəklədiyini və onun Gürcüstana buraxılmasının hazırki ölkə hakimiyyətinin satqınlığı olduğunu bildirib

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!