Gürcüstandan “3+3” ilə bağlı görüşə   ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan “3+3” ilə bağlı görüşə ETİRAZ

Siyasət

13 Dekabr 2021 23:54 1051


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş görüşə etiraz edib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “3+3” regional formatı ilə bağlı Gürcüstan dəqiq mövqeyini dəfələrlə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”. pizza hut

Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!