“Gürcüstanla Ermənistana 300 hərbi avtomobilin daşınması məlumatları yalandır”   - Baş nazirin müşaviri

saytların hazırlanması

Evə çatdırılma

“Gürcüstanla Ermənistana 300 hərbi avtomobilin daşınması məlumatları yalandır” - Baş nazirin müşaviri

Maraqlı

26 İyul 2020 17:21 1054


“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur və bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşının Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırmağa hazırlaşması ilə bağlı yerli KİV-in yaydığı məlumat yalandır: pizza hut

“Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər”.

Müşavir bildirib ki, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələr üçün açıq və aydındır:

“Təəssüflər olsun, bu, konkret KİV tərəfindən təhrif olunmuş informasiyanı yaymaqla bağlı ilk hal deyil”.

Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.

Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!