“Guya filan bizneslə məşğulam“ - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Guya filan bizneslə məşğulam“ - Siyavuş Novruzov

Siyasət

28 Fevral 2023 16:52 745


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bir neçə gündür sosial şəbəkələrdə “ömür boyu pulum olmayıb, bu gün də cibim boşdur, həmişə boş olub...” fikirlərinin yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

Yenisabah.az Pravda-ya isinadla xəbər verir ki, o, sözlərinin bu gün də keçərli olduğunu deyib.

Siyavuş Novruzovun sözlərinə görə, ömür boyu siyasətlə məşğul olub: “Bizneslə heç vaxt məşğul olmamışam. Əslində, heç özüm də istəməmişəm. İnsan gərək bir işlə və bildiyi işlə məşğul ola. Azərbaycanda bir yerdə mənim biznesimi heç vaxt göstərə bilməzlər. Yəni mənim işim siyasət olub, partiyada rəhbərlik etdiyim dövrdə də, Milli Məclisin deputatı, komitə sədri kimi də yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Bu işi də davam etdirirəm. pizza sifarişi

Çox şey yazırlar, guya filan bizneslə məşğulam. Bir yerdə göstərsinlər ki, bunun mənə aidiyyatı var. Yoxdur. Heç mənim qohum-əqrəbalarımın, yaxınlarımın birinə aidiyyatı var? Yox, qəti şəkildə. Bu, heç mənə uyğun deyil. Bizneslə məşğul olanlara pis baxmıram. Hər kəsin öz bacarığı, təcrübəsi var. Gərək, təcrübə ola, bu işi biləsən, idarə etməyi bacarasan”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!