Ucuz ev almaq istəyənlərin nəzərinə -   237 mənzillə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Ucuz ev almaq istəyənlərin nəzərinə - 237 mənzillə bağlı qərar verildi

Rəsmi

21 Aprel 2026 16:34 1364


İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır. pizza

Yeni mənzillər seçim üçün aprelin 28-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!