“Güzəştli mənzil”lərin sahibləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Güzəştli mənzil”lərin sahibləri məlum oldu

Sosial

30 Yanvar 2019 17:14 1050


Mənzil İnşaat Dövlət Agentliyi (MİDA)  “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb.

Rəsmi məlumata görə, Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin seçimi 25 yanvar 2019-cu ildə başa çatdırılıb.

“Yeni Sabah” xəbər verir ki, statistikaya əsasən mənzillərin 41 faizi yaşı 35-dən yuxarı olmayan gənc ailə üzvləri, 59 faizi isə yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər tərəfindən alınıb. pizza sifarişi

Ümumilikdə 16 nəfər nağd ödənişlə, 158 nəfər isə ipoteka ilə mənzil sahibi olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!