Haaland futbol tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Haaland futbol tarixinə düşdü

İdman

12 Oktyabr 2025 12:00 508


Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqibin qapıçısı dəf edib. Ancaq daha sonra o, 3 qol vurub.  Dominos pizza

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb. 

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) — 46

Harri Keyn (İngiltərə) — 71

Kilian Mbappe (Fransa) — 90

Robert Levandovski (Polşa) — 90

Lionel Messi (Argentina) — 107

Kriştiano Ronaldo (Portuqaliya) — 114


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!