“Avropa İnsan Haqları Məhkəməsi Laçın dəhlizinin “bağlanması” ilə bağlı belə “ədalətli” qərar qəbul edən idisə, onda 30 ildir blokadada yaşayan Naxçıvan barəsində niyə heç nə demirdi? 400 mindən çox əhalisi olan Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yol yoxdur. Birinci, ona münasibət bildirsinlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, rəsmi Bakının məlum qərara hansı reaksiya verəcəyinə toxunub: Dördpendirli pizza
“Laçın yolu bağlı deyil. Orada ekoloqlar, ictimaiyyət nümayəndələri və QHT-lər 30 ildən çox müddətdə işğalçı ermənilərin və onlarla əlbir olanların yeraltı-yerüstü sərvətlərimizi daşımasına qarşı dinc aksiya keçirirlər. Hər gün o yoldan 100-ə yaxın maşın keçir”.
“Bu yol bağlı deyil və bağlı olmayan yolun harasını biz açmalıyıq?! Əksinə, onların kor gözlərinə və kar qulaqlarına inad olaraq, öz ərazimiz olan Laçın yolunda sərhəd-keçid məntəqəmizi və gömrük postumuzu qoyacağıq. Yolumuz yenə də açıq olacaq və heç kimi də blokadada saxlamaq niyyətimiz yoxdur. Suveren dövlət kimi bunu etmək haqqımızdır.
Avropa İttifaqı ölkələri arasında da buraxılış məntəqləri var. Bizdə niyə olmasın?! Gürcüstan, Rusiya, İran və Türkiyə ilə olan sərhəd-buraxılış məntəqlərimizdən birini də orada tikəcəyik”, – deyə deputat əlavə edib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız