“Haber Global” Heydər Əliyevin anım günü ilə bağlı xüsusi süjet hazırladı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global” Heydər Əliyevin anım günü ilə bağlı xüsusi süjet hazırladı - Video

Siyasət

12 Dekabr 2021 20:18 1123


Türkiyənin “Haber Global” telekanalı Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə süjet yayımlayıb.

Süjetdə Ümumilli Liderin əziz xatirəsinin dünyanın bir çox yerlərində olduğu kimi, Türkiyədə də ehtiramla yad edildiyi bildirilib.

Qeyd olunub ki, Türkiyə prezidentinin köməkçisi Fuad Oktay və xarici işlər naziri Mövlud Çavuşoğlu başda olmaqla bir çox hökumət rəsmiləri sosial şəbəkə hesablarında dahi siyasətçilə bağlı paylaşımlar edib. Dördpendirli pizza

Həmçinin, Ulu Öndərin İstanbuldakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Prezident Administrasiyasının, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Daha ətraflı “Haber Global”ın süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!