““HaberGlobal”ın təcrübəsindən yararlanmaq istəyirik” - AzTV sədri

saytların hazırlanması

Evə çatdırılma

““HaberGlobal”ın təcrübəsindən yararlanmaq istəyirik” - AzTV sədri

Rəqəmsal

25 Dekabr 2020 22:29 1846


"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib.

Yenisabah.az xəbər verir ki, R.Məmmədov AzTV-nin 2019-2020-ci illər üzrə hesabatı ilə çıxış edib. 

O, sosial şəbəkələrdə canlı yayımlanan konfrans zamanı son iki ildə kanalda görülən işlər, edilən dəyişikliklər barədə ətraflı məlumat verib. pizza sifarişi

Rövşən Məmmədov AzTV-nin Türkiyənin "HaberGlobal" teleziya kanalı ilə ortaq yayım etdiyini xatırladıb: "Biz bu il ərzində bir neçə dəfə Türkiyənin "HaberGlobal” televiziyası ilə ortaq yayım etmişik. Bu, həm Böyük Vətən müharibəsi zamanı olub, həm də ondan sonra. 

Hazırda Türkiyənin "TRT” və Rusiyanın "Rusiya24” telekanalı ilə də ortaq yayım etmək haqda müzakirələr gedir”. 

Sədr "HaberGlobal” televiziyasından mütəxəssislərin də Bakıya dəvət olunduğunu deyib: "HaberGlobal” telekanalının bir neçə əməkdaşını AzTV-yə dəvət etmişik. Onların təcrübəsindən yararlanmaq istəyirik. Pandemiyaya görə bəzi problemlər var. Ancaq onların Bakıda mühazirəsini təşkil edəcəyik”.  /Azxəbər.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!