“Tövbə hər adama qismət olmur. Gərək haqqı görəsən, günahını başa düşəsən, sonra tövbə edəsən. Bu adamlar hələ haqqı qəbul etməyiblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül Reyting.az-a müsahibəsində keçmiş səhiyyə naziri Əli İnsanov haqqında deyib. Hacı Əbdül İnsanova məsləhət edib ki, Azərbaycan xalqını parçalamağa çalışmasın: “Şimalından, cənubundan asılı olmayaraq, Azərbaycan bir xalqdır. Biz bir xalq olanda daha qüdrətli oluruq. Daxildə bir-birini yeyəndə, cəmiyyəti parçalayanda, kənardan hamı bizi parçalayacaq.
Amma mən Əli İnsanovun gəlib tövbə eləməsini gözləyirəm. Çünki insanı həyat düzəldir. Görünür, o, bu həyatdan dərs almayıb. Sağlıq olsun, başa düşər”. pizza
Hacı Əbdül deyib ki, Ə. İnsanov əsl məhbəs həyatı yaşasaydı islah olunardı: “Onunku yatmaq deyil. Əli İnsanov bir il yatsaydı, düzələrdi. Onunku dustaq həyatı olmayıb ki... Əsl dustaq həyatı keçirsəydi, islah olunardı.
İndi onun dedyi fikirlərə ancaq həmin əqidədə olan bəzi adamlar dəstək verə bilər. Ölkəsini, vətənini, xalqını sevən heç bir adam Əli İnsanova və cəmiyyəti parçalamaq istəyənlərə dəstək verməz.
Bizim Tövbə Cəmiyyəti də birlik tərəfdarıdır. Bizdə millət, təriqət, etnik qrup ixtilafı yoxdur. Hamımız birik, qardaşıq, qurtardı!”.
Telegram kanalımız