Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü

İqtisadiyyat

02 İyul 2025 20:59 612


İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus olan şirkət riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.

Yenisabah.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Avesta Group of Companies" MMC-dir.

"Avesta Group of Companies" 2017-ci ilin mayın 12-də dövlət qeydiyyatına alınıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alınıb. pizza hut

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 71 A ünvanında yerləşir.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni" isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsə də, külli miqdarda vergi borcu mövcuddur. Belə ki, hazırda şirkətin dövlət qarşısında 703 986.94 manat vergi borcu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!