“Hacı Mazan“ avtomobil qəzasına düşüb   - Ağır xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

“Hacı Mazan“ avtomobil qəzasına düşüb - Ağır xəsarət alıb

Avto

02 İyul 2019 10:19 1459


Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb.  Pepperoni pizza

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!