Hacı Qalib onu qınayanlara cavab verdi: “Onlar adam balası olur bəs?”

saytların hazırlanması

Evə çatdırılma

Hacı Qalib onu qınayanlara cavab verdi: “Onlar adam balası olur bəs?”

Din

27 Fevral 2019 18:28 1676


Artıq Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.  Bəzən müsəlmanlardan eşidirik ki, "filankəs dəfələrlə Həccə gedib, kaş ki, ora xərclədiklərini ehtiyaclılara ehsan edərdi". Əksəriyyət düşünür ki, ziyarətə çoxlu pul xərcləməkdənsə, hansısa kasıba, və ya köməyə ehtiyacı olana əl uzatmaq daha böyük savabdır.

Dəfələrlə Həcc ziyarətində olmuş keçmiş deputat Hacı Qalib Salahzadə “Yeni Sabah”a açıqlamasında deyib ki, bu cür fikirlər yanlışdır:

“Bu il mən Ümrə ziyarətində olmuşam.  Bilirsiniz, 1990-cı ildən bəri ziyarətə gedirəm. Demək olar ki, hər il orda olmuşam. Elə il olub, iki dəfə ziyarət etmək qismət olub.  Dəfələrlə ziyarətə getməyin mənasız olduğunu deyən adamlar  Allah evinin nə olduğunu bilmirlər. Əgər Allah izin verməsə, insan heç bir dəfə də Həccə gedib gələ bilməz. Tənqid edənlər paxıl adamlar, düşüncəsi başqa  cür olanlardır. Onlar başa düşmür ki, Allah evini ziyarət etməkdən ötrü o, izin verməlidir. Yoxsa mənim imkanım var deyə gedirəm və.s boş söhbətlərdir.  Anamın 84 yaşı var. Bu il ziyarətə getmək istədi. İki-üç dəfə aparmışam.  Lakin açıq-aşkar vəsiyyət kimi  mənə dedi ki, ayağım Ümrəyə dəysin. Mən də apardım, ziyarət edib gəldik. Yəni 84 yaşında adamın ora getməsi yaradanın izni ilə olan bir şeydir.  Dediyiniz adamlar nə gəldi danışır, fikir verməyin”. Marqarita pizza

H.Qalib qeyd edib ki,  Həcc ziyarəti insanın özündən asılı olan bir şey deyil:

“Allah izin verməsə, heç  o adamlar Həccə və ya Ümrəyə gedib çıxa bilməz. Birinin xəstəsi olar, birinin ailə üzvləri, özü ilə bağlı problemləri yaranar. İnsanın özündən asılı olan şey deyil. Kimsə Həccə gedib gəlir və pis əməllərlə məşğul olursa, Allah bilən məsləhətdir.  Bizlik heç nə yoxdur.  Allahın hökmü var. Biri deyir, ziyarətə getməkdənsə, kimlərisə oxutsun.  Oxutdurandan sonra onlar adam balası olur bəs? Lap elə ali savadlıdır, insanlığı varmı? Gərək bu da olsun axı. Vacib olan yaxşı əməllərdir. Yəni dəfələrlə ziyarətə gedənləri qınayanlar dinə hörmətsizlik edir. Allah təki hər kəsə Həcc ziyarəti qismət etsin!”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!