YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hacı Qamət şəhid dəfnindəki əzadarlıqdan danışdı: “Olmaz”

Hacı Qamət şəhid dəfnindəki əzadarlıqdan danışdı: “Olmaz”

Din

19 Sentyabr 2022 13:23 20452


“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov şəhid dəfnində əzadarlıq edənlərlə bağlı açıqlama ilə çıxış edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə danışan ilahiyyatçı bunun yanlış olduğunu bildirib:

“İmam Hüseynin öz yeri var, şəhidin yas yerində İmam Hüseynin və ya Muaviyənin, Ömərin nə yeri var?” deyə sual edib.

Hacı Qamət bildirib ki, belə bir şey etmək olmaz: “Əksinə təsəlli vermək, “səbirli olun” demək lazımdır. Yoxsa “Ay Hüseyn, vay Hüseyn” deyib qışqırmaq nəyə lazımdır? Hüseynin bura nə dəxli var? 

Bunlar hamısı xurafatdır. Olmaz!  Peyğəmbər vəfat edəndə insanlar qışqırıb “ya Muhəmməd!” özlərini döymədilər. Belə şeylər olmaz, onsuz da ölü yiyəsi pis vəziyyətdədir, sən də daha da ağlatdırıb pis vəziyyətə salırsan. Sən deməsən də onsuz da ağlayacaqlar. Əksinə, ailəsini təsəlli et ki, bu şərəfli sondur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!