Hacı Şahinin məzarı ziyarətgahlar siyahısında - Turun təşkilatçısı   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinin məzarı ziyarətgahlar siyahısında - Turun təşkilatçısı DANIŞDI

Din

08 Mart 2023 18:48 5476


Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib. Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.

Yenisabah.az xəbər verir ki, özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar:

“Bizdə əsasən Bakı daxilində olan ziyarətlər həyata keçirilir. Artıq özümüzə borc bilirik ki, bizi dini baxımdan yetim qoyan hacının da qəbrini ziyarət edək. Toyuqlu pizza

Onun şəxsiyyətinə böyük hörmətimiz var. Bunun üçün əlavə ödəniş də tələb edilmir, qiymət də eyni saxlanılır. Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!