Hacı Şahinin yerinə təyin olunan imam:   “Bəzi vacib məsələlərə görə razılaşmalı oldum”

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinin yerinə təyin olunan imam: “Bəzi vacib məsələlərə görə razılaşmalı oldum”

Din

02 May 2023 18:36 5939


“Düzünə qalsa, Məşədi Dadaş məscidinə imam təyin olunmağımı kədərlə qarşıladım. Hacı Şahin Həsənlinin yerinə gəlməyə görə adam üzülür, o, böyük ustad, böyük alim, hər kəsə örnək idi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a bu gün Məşədi Dadaş məscidinə imam təyin olunan Əli Şərbətov deyib.

“Lakin bəzi vacib məsələlərə görə razılaşmalı oldum. Hacı Şahinlə şəhidlərimizin anım tədbirlərində tez-tez görüşmüşük, gözəl münasibətimiz olub. Böyük qəlbli bir insanı itirmişik, bu, bizim üçün ağırdır. Allahın dinini hacının dəst-xəttini saxlamaqla çatdırmağa çalışacağıq, əlimizdən gələni edəcəyik. Düzdür, hacının yerini tutmaq mümkün deyil, onun qəlbimizdə ayrı yeri var. O, məsciddə bütün işləri qaydasına qoyub, nizama salıb, vətənpərvərlik aşılayır, dinimizi gözəl şəkildə təbliğ edirdi. Biz də onun bu işini davam etdirməyə çalışacağıq”, - deyə qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!