Hacı Şahinin yerinə təyin olunan Şərbətov kimdir? 

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinin yerinə təyin olunan Şərbətov kimdir? 

Din

02 May 2023 11:42 29373


Xəbər verdiyimiz kimi, “Məşədi Dadaş” məscidinin imamı mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olub.  

Yenisabah.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə Hacı Əli Şərbətov “Məşədi Dadaş” məscidinə yeni imam təyin olunub. 

Qeyd edək ki, Hacı Əli Şərbətov dini çevrələrdə o qədər də populyar şəxs deyil. O, əvvəllər Bakı İslam Universitetində pedaqoji fəaliyyət göstərib. Əli Şərbətov bu təyinata kimi Abşeron rayonu Saray qəsəbəsinin, daha sonra Ceyranbatan qəsəbəsinin məscidinin imamı olub.  Pepperoni pizza

Hacı Şahin Həsənlinin xələfi sosial şəbəkələrdə o qədər də tanınmır. O, “Facebook” və “İnstagram” kimi populyar sosial şəbəkələrdə fəaliyyətə həvəs göstərmir. Əli Şərbətov dini sferada təmsil olunduğu çoxillik zaman kəsiyində cəmi bir-iki dəfə “YouTube” üzərindən fəaliyyət göstərən dini kanallarda qonaq olub. 

İnternet resurslarında Hacı Əli Şərbətovun şəxsi həyatı ilə bağlı hər hansı informasiya yoxdur. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!