Hacı Zeynalabdin Tağıyevin evi təmir olunur - Video

saytların hazırlanması

Evə çatdırılma

Hacı Zeynalabdin Tağıyevin evi təmir olunur - Video

Mədəniyyət

13 Noyabr 2019 07:30 1307


Azərbaycanın məşhur messenantı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir. Milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq kimi istifadə edilib. Artıq ərazidə işlərə start verilib. Malikanə əvvəlki görkəminə qaytarılacaq.

“Yeni Sabah”ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, sərvətini Azərbaycan xalqı üçün xərcləməkdən çəkinməyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsi əbədiləşdirilir. Bunun üçün onun yaşadığı evdə təmir işləri aparılır.

Təmir işləri çərçivəsində bağda sonralar tikililən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqlaırnın gətirilməsi nəzərdə tutulur. pizza hut

2 mərtəbli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.

Xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb. Mədəniyyət nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!