Hacıbala Abutalıbov üçün əziz gün

saytların hazırlanması

Evə çatdırılma

Hacıbala Abutalıbov üçün əziz gün

Siyasət

13 May 2023 12:46 3994


Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ad günüdür. Bu gün eks-merin 79 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, H. Abutalıbov 14 may 1944-cü ildə Türkmənistan SSR-in Krasnovodsk şəhərində anadan olub.

O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan olan H. Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. Marqarita pizza

Daha sonra o, 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər bir il müddətində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

H. Abutalıbovun karyera yüksəlişi də məhz bundan sonra başlayıb. Belə ki, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 17 il paytaxt meri vəzifəsində çalışan H. Abutalıbov 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib. 21 oktyabr 2019-cu ildə bu vəzifəni də itirən H. Abutalıbov hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvüdür. Sabiq mer ailəlidir, iki oğlu var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!