Azərbaycandan Həcc ziyarətinə gedən hacıların sonuncu qrupu bu gün vətənə qayıdacaq.
Bunu “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, bu gün həyata keçiriləcək reyslə hacılar Azərbaycana qayıdacaq: Dominos pizza
“Bir təyyarə də bir azdan yola düşəcək. Mən də onunla gəlirəm. Axşam saatlarında baş tutacaq son reyslə isə daha 100 nəfər vətənə dönəcək. Onlar gecə saatlarında Bakıya çatacaqlar.
Bununla da builki Həcc ziyarəti tam yekunlaşacaq. Ziyarət çox gözəl, yüksək səviyyədə keçdi. Hacıların səhhəti normaldır, hər hansı sağlamlıq problemi qeydə alınmayıb. Zəvvarlar hamısı ziyarətdən razıdır. Heç bir problem yaşanmadı”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız