Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib

saytların hazırlanması

Evə çatdırılma

Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib

Dünya

02 İyul 2026 00:00 76


ABŞ Tehranın öz nüvə proqramını bərpa etməyə başlayacağı, qonşu ölkələr üçün təhlükə yaradacağı və ya regiondakı yaraqlı qruplaşmaları dəstəkləyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istisna etmir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens jurnalistlərə bildirib.

"Əgər İran öz nüvə proqramını bərpa etmək, qonşularını hədələmək və ya terrorizmi maliyyələşdirmək istəsə, Prezidentin (Donald Tramp – red.) variantları var. Mən heç nə vəd edə bilmərəm, çünki sözsüz ki, bu, son nəticədə iranlıların özlərini necə aparacağından asılıdır. Əmin olduğum bir şey var ki, əgər buna zərurət olmazsa, prezident bizim qoşunları geri göndərməyəcək", - Vens bildirib. Marqarita pizza

Bununla belə, o, ABŞ və İran nümayəndələrinin texniki məsləhətləşmələrinin gedişatını müsbət qiymətləndirib: "Yekunlar barədə danışmaq hələ tezdir, lakin onlar yaxşı gedir"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!