Hacıların ilk qrupu Bakıya qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Hacıların ilk qrupu Bakıya qayıtdı

Din

16 İyun 2025 23:20 4726


İyunun 13-dən etibarən İsrail ilə İran arasında alovlanan hərbi toqquşmalar bölgədəki mülki aviasiya axınına ciddi şəkildə təsir edib. Artan təhlükəsizlik riski fonunda bir sıra beynəlxalq uçuşlar ləğv olunub, digərləri isə ciddi gecikmələrlə həyata keçirilir.

Bu qeyri-müəyyən vəziyyət, xüsusilə də Həcc ziyarətindən vətənə dönən zəvvarların taleyinə dair suallar doğurub.

Qafqaz Müsəlmanları İdarəsinun (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hacıların ilk qrupu hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır və vətənə sağ-salamat dönüblər.  Toyuqlu pizza

O həmçinin qeyd edib ki, növbəti reyslər də mərhələli şəkildə həyata keçiriləcək. "Hacıların dönüşündə hansısa çətinliklər yoxdur", - açıqlamada bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!