Bu gün Hacıqabul rayonunda qoyun sürülərini qışlaqda saxlayan şəxslər arasında dava düşüb.
“Yeni Sabah” xəbər verir ki, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki yataqların birində baş verən hadisə nəticəsində 27 yaşlı Rəvan Qasımov kürəyindən bıçaqlanıb. Sürülərini qışlamaq üçün Hacıqabula gətirmiş Quba rayon sakini olan Rəvanın üzərinə qonşu yataqda olan Sahib adlı tanışı itlərini buraxıb. Sonra isə o Rəvan Qasımova məxsus itləri vurmağa başlayıb.
Bundan sonra onlar dava ediblər və Sahib Rəvanı bıçaqlayıb. Kürək nahiyyəsindən bıçaq yarası alan yaralı tanışlarının köməyi ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız