Hacıqabulda ev yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda ev yandı - Video

Hadisə

15 Mart 2025 18:19 734


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Dominos pizza

Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan üçotaqlı evin bir otağında 2 kv.m. sahədə geyim dolabı yanıb.

Ev yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!