Hacıqabul rayonunda profilaktik tədbirlər aparılır.
“Yeni Sabah” xəbər verir ki, hazırda 25 kənd və 5 qəsəbəni əhatə edən Hacıqabul rayonunda epizootik durum sabitdir. 39242 baş iribuynuzlu, 137706 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı, 1530 baş it və 219840 baş quş mövcud olan rayonda müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Dövlət Baytarlıq Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi “soyuq zəncir” rejimi gözlənilməklə 8 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30365 baş iribuynuzlu, 508 baş təkdırnaqlı heyvanda qarayara, 490 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb. Bununla yanaşı 1520 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi görə qan nümunələri götürülüb. Eləcə də 1700 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Dördpendirli pizza
Hacıqabul rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.
Telegram kanalımız