Hacıqabulda xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Kriminal

16 Noyabr 2025 14:12 604


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin "WhatsApp" ani mesajlaşma proqramında yaradılan "İş elanları" qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!