Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onu “Yeni Müsavat”ın canlı yayımında ayaqqabısını çıxartmağa məcbur edən sualın müəllifi ilə görüşəcək.
Bu barədə partiya sədri “Yeni Sabah” açıqlama verib. O bildirib ki, partiyanın qərargahında görüş keçiriləcək.
“İndi qərargaha gəlmişəm. Canlı yayımdakı sualın müəllifi bayaq mənə zəng etmişdi. Yəqin ki, bir azdan qərargahımıza gələcəklər. pizza
Həmin gənc gəlsin, baxım görüm kimdir. Ürəyimiz açıqdır, o gəncə mənə hədiyyə edilən ayaqqabıları da, öz ayaqqablarımı da hədiyyə verə bilərəm. Millətdən ötrü həyatımızı verən insanlarıq. Həyatımız kimlərə lazımdırsa, onlarla peşkəş edə bilərik” – deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə “Yeni Müsavat”ın canlı yayımı zamanı Hafiz Hacıyevə Fərid adlı bir şəxs "Müxalif yönlü mətbuata pul payladığınız haqqında məlumat yayılıb" sualını ünvanlayıb.
Suala cavab olaraq, partiya sədri ayaqqabısını çıxarıb, necə maddi çətinlik içərisində yaşadığını bildirib. Bundan sonra partiya sədrinə 10 ayaqqabı hədiyyə edilib.
Günay Rəsulqızı
Telegram kanalımız