Hafiz Hacıyev: “Çalışıram ki, Xankəndinin gələcək meri kimi müəyyən məsələlərə nəzarət edim...”

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyev: “Çalışıram ki, Xankəndinin gələcək meri kimi müəyyən məsələlərə nəzarət edim...”

Siyasət

14 Dekabr 2022 13:47 1122


“Xankəndinin meri olmaq arzusundayam. Təhlükəli olsa da, Xankəndində ermənilərlə, separatçılarla dil tapıb, Azərbaycanın gələcəyi naminə işləmək istəyirik. Hazırda çalışıram ki, Şuşada keçirilən aksiya iştirakçılarının yanında olum, Xankəndinin gələcək meri kimi müəyyən məsələlərə nəzarət edim. Amma  hələlik partiya sədrlərinin aksiyada iştirakına razılıq vermirlər. Deyirlər ki, məsələni siyasiləşdirməyə dəyməz...”

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Vardanyanla rusların birgə iş birliyi nəticəsində Qarabağdakı təbii sərvətlər, faydalı qazıntı yataqları talanır: Sezar pizza

“Çalışırıq ki, bunun qarşısını alaq. Dünyaya bunu sübut etmək istəyirik. Biz siyasilər aksiyada iştirak etsək, ermənilər buna siyasi don geyindirəcəklər.

Aksiyada patiyamızın rayon təşkilatlarının siravi üzvləri də var. Hər dəqiqə onlarla əlaqə saxlayır, məlumat alıram. Müəyyən tapşırıqlarımızı veririk. Amma bunu açıq şəkildə edə bilmərik. Çünki belə etsək, ermənilərin əlinə “kozır” düşəcək, deyəcəklər ki, məqsədləri artıq başqadır.

Doğrudur, bunu deməyə mənəvi haqları yoxdur, torpaq bizimdir, nə istəsək, edə bilərik. Sağlıq olsun. Düşünürəm ki, yaxın vaxtlarda fərmanımız veriləcək, Xankəndində oturub, işlərimizi görəcəyik. Soruşan, maraqlanan, bizi dinləyən insanlara minnətdaram. Narahat olmasınlar, Hafiz Hacıyev əqidəsindən dönməyib. Çətin hallarda da olsa, ən təhlükəli an da olsa, Xankəndində vaxtilə yaşayan insanların ora qayıtmasını, bizi eşitsələr, erməniləri də elə erməni terrorçularının əlindən alıb, dinc yaşamalarını təmin edəcəyik. Buna görə heç kim  narahat olmasın. Biz hər dəqiqə canımızla, qanımızla çalışırıq, ürəyimiz Şuşadadır, aksiyada olmamağımıza baxmayaraq, partiyamızın bəzi üzvləri oradadır.

Partiya sədrlərinin əksəriyyəti ilə bu yöndə müzakirələr aparırıq. Lazım olsa, razılıq verilsə, biz də gedəcəyik...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!