Hafiz Hacıyevin anası 83 yaşında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyevin anası 83 yaşında vəfat etdi

Xalqın səsi

30 Mart 2022 15:39 1171


Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyevin anası Pünhan Hacıyeva vəfat edib.

Bu barədə Yenisabah.az-a siyasətçi özü məlumat verib. Hafiz Hacıyev deyib ki, anası bu gün səhər dünyasını dəyişib:

“Anamın 83 yaşı vardı. Heç bir xəstəlikdən əziyyət çəkmirdi. Belə demək mümkündürsə, qocalıqdan dünyasını dəyişdi. Durduğu yerdə keçinib. Ölümü ani olub”. pizza mizza

H.Hacıyev yas mərasiminin Göygöl şəhərində keçiriləcəyini qeyd edib:

“Yas mərasimi Göygöl şəhərində olacaq. Anam evdar xanım idi. Aşıq Ələsgərin şəyirdlərindən birinin tək qız övladı olub”.

Allah rəhmət etsin!

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!