Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Evə buraxıldı   - “Şam kimi əriyirəm“

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Evə buraxıldı - “Şam kimi əriyirəm“

Siyasət

05 Noyabr 2021 13:22 3826


Koronavirusa yoluxduğu üçün uzun müddətdir "Yeni Klinika"da müalicə olunan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün evə buraxılıb.

Siyasətçi Yenisabah.az-a açıqlamasında səhhətindəki problemlərin tamamilə aradan qalxmadığını, bu səbəbdənmüalicəsini ev şəraitində həkim nəzarətində davam etdirəcəyini deyib:

“Hazırda ev şəraitindəyəm, tam nəfəs ala bilmirəm. Evdə müalicəm davam edir, həkimlərin nəzarətindəyəm, süni nəfəs aparatı ilə nəfəs alıram. Həkimlərə minnətdaram, çox yaxşı nəzarət edirlər". pizza sifarişi

Hafiz Hacıyev sosial şəbəkələrdə onun haqqında yazılan fikirlərə də münasibət bildirib:

“Mən hər zaman millətim üçün həyatımı, canımı ortaya qoymuşam. Millətimin yolunda hər dəqiqə ölümə hazır olmuşam. Əgər mənə belə qiymət verirlərsə, Allahları bilsin. Mən indi bilirəm ki, millət üçün  yananla-yanmayanın heç bir fərqi yoxdur.

Kim nə deyir desin, mən millətimə, dövlətimə bağlı insanam. Haqq yolunda şam kimi əriyirəm. Millətimin dərdini çəkməkdən, haqqını deməkdən bu günə düşmüşəm. Əgər millət biz siyasilərə bu cür qiymət verirsə, Allah onlara kömək olsun”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!